Modern.az

Erməni düşmənçiliyi

Erməni düşmənçiliyi

Ölkə

21 Yanvar 2013, 15:05

Akif Nağı

20 Yanvar günündə bir daha ermənilərin bizə etdikləri naqislikləri, pislikləri gözlərimin önündən keçirdim. Bir daha 20 Yanvarda bizə atılan güllə yada düşdü. Həmin güllələri atmaq üçün gətirilənlərin də əksəriyyəti erməni idi. Erməni bizə qarşı nə güllə, nə də güllə atar. Sadəcə, bütün tarix boyu bizə güllə atanlar ermənilərdən barıt yerinə istifadə ediblər. Ermənilərin gücü ona çatıb ki, bizə atılan güllələrin barıtı olsunlar. Budur ermənilərin barıtlığı.

Hərdən mənə deyirlər ki, nə üçün ermənilərə bu qədər nifrət edirsən, onlara qarşı nifrət təbliğ edirsən? Onu da əlavə edirlər ki, axı nbifrət yaxşı şey deyil, xüsusilə də bütöv bir millətə qarşı, üstəlik, nifrətin pis şey olması ilə bağlı dünya ədəbiyyatından dürlü misallar da gətirib, savadlarını göstərirlər. Mən erməniyə erməni olduğuna görə deyil, işğalıçı, terrorçu, uşaq qatili olduğuna görə nifrət edirəm. Özü də bütün ermənilərə nifrət edirəm, çünki bizə qarşı törədilmiş cinayətlərdə, vəhşiliklərdə bütün ermənilər iştirak ediblər, ya da gözlərinin qarşısında azərbaycanlının başını kəsən erməniyə dur deməyiblər. Mən bu günə qədər bir erməni də tanımıram ki, ermənilərin bizə qarşı törətdiklərini ittiham etmiş olsun. Ona görə də azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə ermənilərin hamısı məsuliyyət daşıyır. Buna etiraz edənlərin nəzərinə çatdırıram ki, beynəlxalq hüquqda kollektiv məsuliyyət məsələsi var. İkinci dünya müharibəsindən sonra Nürenberq prosesinin gedişində alman xalqının kollektiv məsuliyyəti məsələsi ciddi şəkildə müzakirə olundu və qismən qəbul olundu. Ötən əsrin 90-cı illərində finlandiyalı vasitəçi Marti Axtisaari Kosovo albanlarının qətlinə görə serblərin kollektiv məsuliyyəti məsələsini qaldırdı və nəzərə alınmasına nail oldu. Dünya praktikasında bununla bağlı başqa misallar da tapmaq olar. Amma heç misal tapmasaq da, katalikosundan fəhləsinə, alimindən siyasətçisinə qədər bütün ermənilərin azərbaycanlılara qarşı cinayətlərdə elliklə iştirakını sübut etməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Bəla burasındadır ki, dünya qalsın bir yana, heç biz özümüz göz qabağında olanları görmək istəmirik.

Mənə deyirlər ki, bizim kimi ermənilər də bu münaqişənin qurbanıdırlar, onlardan alət kimi istifadə edirlər. Bu necə qurbandır ki, mənim torpaqlarımda özünə yoxdan dövlət yaradıb, nəyim varsa, adını dəyişib özününkü edib. Rəvan şəhərinin adını dəyişib “Yerevan” edib. XVIII əsrin rus mənbələrində, Rusiya-İran, Rusiya-Türkiyə müqavilələrində şəhərin adı

“Rəvan” şəklində yazılır, XIX əsrdə Rəvanı dəyişib, İrəvan və ya Erivan etdilər. Ta 1936-cı ilə qədər bu ad işləndi. 1936-cı ildə Ermənistan və Gürcüstan rəhbərlikləri SSRİ rəhbərliyinə müraciət etdilər ki, İrəvan və Tiflisi müvafiq olaraq Yerevan və Tibilisi etsinlər. Həmin il avqustun 7-də SSRİ Ali Sovetinin Rəyasət heyəti onların arzusunu yerinə yetirdi. İndi bu qurumsaqlar “Yerevan” sözünü götürüb 2 min il əvvələ aparırlar. Belə çəkilsə misallar çoxdu.

Və yaxud. İsrail Ori adlı bir erməni gedib çıxmışdı Rusiyanın çarı I pyotrun yanına, Pyotr onu tapızdırıb gətirməmişdi, o gedib onun yanına çıxmışdı və beyninə yeritmişdi ki, Xəzər ətrafında çoxlu ermə yaşayır, müsəlman demək olar ki, yoxdur, gedək oranı alaq, erməni höküməti quraq ki, onlar da ruslara xidmət eləsinlər. Pyotrun da başına batdı, getdi, həmin əraziləri aldı, amma gördü ki, erməni yoxdu, ətraf yerlərdən oralara erməni köçürməyə başladılar. Yaxşı ki, işi başa çatdıra bilmədi, elə günə düşdü ki, əli qələm, dili söz tuta bilmədi, cəhənnəmə vasil olub getdi. Yekatrinanın qılığına girən keşiş İosif Arqutinski-Dolqorukovuda xatırlayırsınız. Köpək oğlunun nə adı, nə də qoşa familyasında ermənilikdən bir nişanə var, amma təmiz erməni idi. Yekaterinanın aldatmışdı ki, Qarabağda yaşayanların hamısı ermənidi, İbrahim adındabir “buşurman” gəlib oranı tutub, özünü qoşdu general Valerian Zubovun yanına ki, gedin o İbrahimi çıxardın, yerinə erməni hakim qoyun. Bu dəfə də Allah köməyimizə çatdı, Zubovla İosif təzəcə Dərbənddən bu tərəfə keçmişdilər ki, Yekatrina canını tapşırdı, bunlar da geri qayıdası oldular.

Ondan sonra bunların I Aleksandrı, I Nikolayı, II Nikolayı, Amerikanın başçısı Vilsonu, SSRi-nin son padşahı Qorboçovu necə ələ aldıqlarını çoxunuz bilirsiniz. Gör iş nə yerə çatmışdı ki, I Nikolay demək olar ki, bir nəfər də ermənin yaşamadığı ərazidə “Erməni vilayəti” yaratmışdı, II Nikolay erməni katalikosuna yazırdı ki, “darıxmayın, ermənilərin gözəl günləri hələ qabaqdadır”, Vilson Türkiyənin yarısından çoxunda “erməni dövləti”nin yaradılması haqda sənəd təqdim etmişdi, Qarboçov, Çernomirdin, Rijkov gecə-gündüz “erməni mahnısı” oxuyurdular. Ən dəhşətlisi isə odur ki, ermənilərin Türkiyədə və Azərbaycanda çıxartdıqları oyunlardan sonra bu gün orda da, burda da bir dəstə düşüb ortaya “erməni havası”na oynayırlar. Siz də deyirsiniz ki, erməni qurbandı.Belə də qurban olar?

Desəniz ki, erməni alətdi, inanaram. Deməli, bu aləti sındırmaq lazımdır ki, bizə qarşı istifadə edə bilməsinlər. Deyək ki, alətdən istifadə edənə gücümüz çatmır, amma aləti sındıra bilərik. Desəniz ki, ermənilər bizə atılan güllənin arxasına yığılan barıtdı, ona da inanaram.

Deməli, o barıtı isə 30 min barıt çəlləyini başımızın altına yığıb bəsləməkdə, soyuqdan, sudan qorumaqdayıq. Qarabağa gedən yol həm də barıt çəlləklərinin zərərsizləşdirilməsindən keçir.Camaat, ayılın, barıt çəlləyinin üstündə yatmısınız, ayılın, demirəm, nə isə eləyin, mən sizə mər eləyə bilmərəm, amma heç olmasa, düşməninizi tanıyın. Yüz ildi deyirəm ki, “atan kazaklardı”, yazıq kazakların bir günahı yoxdu, bizim düşmənimiz kazaklar deyil, ermənilərdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!