Modern.az

Növbədənkənar qurultay-Fəttah Heydərov sədrliyə namizəddir

Növbədənkənar qurultay-Fəttah Heydərov sədrliyə namizəddir

22 Yanvar 2013, 13:27

Ağsaqqallar Şurasının sədri Budaq Budaqovun vəfatından sonra Şura sədrinin kim olacağı ətrafında fərziyyələr bitib-tükənmir. Modern.az-a danışan qurumun Rəyasət Heyətinin üzvi, professor Telman Əliyev Ağsaqqallar Şurasındakı bir sıra məqamlara aydınlıq gətirib.

“Budaq Budaqovun vaxtında Şura daxilində problemlər var idi”

T.Əliyev hələ Budaq Budaqovun vaxtında Ağsaqqallar Şurasının daxilində problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, çoxları B.Budaqovun sədrliyinə qarşı imiş.
“Demək olar ki, Ağsaqqallar Şurasının işi iflic olmuşdu. Mən əlbəttə, Budaq Budaqovun əleyhdarı deyildim. Çünki o, tanınmış şəxs idi”.

“Ümumi fikir belədir ki, Fəttah Heydərov sədr seçilsin”

Telman Əliyev bildirib ki, bu vəzifəyə layiqli şəxs millət vəkili Fəttah Heydərovdur. “Budaq Budaqovun artıq qırxı da çıxıb. Şuranın sədr müavinlərindən biri Fəttah Heydərov mərhumun hüzr mərasimində iştirakı zamanı dedi ki, “qırx çıxmamış onun yerinə namizəd göstərmək düzgün olmaz, bu, Budaq müəllimin ruhuna hörmətsizlik olar”. Ona görə o məsələ bir az təxirə salındı.

Çoxluğun ümumi fikri belədir ki, bu vəzifəni Fəttah Heydərov tutsa yaxşıdır. Məncə, Fəttah müəllimin özü də bu vəzifəni tutmağa etiraz etməz. O, doğrudan hörmətli adamdır, yəni özünü, işini biləndir, onda yumşaqlıq yoxdur, ciddidir. Ona görə bir çox adamlar, yəni söhbət etdiyim insanlar onun namizədliyini dəstəkləyir”.

“Martda Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçiriləcək”

Telman Əliyev söhbət əsnasında bir məsələyə də aydınlıq gətirib. “Biz, Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvləri yanvarın 19-da Şəhidlər xiyabanına getdik. Orada belə söhbət oldu ki, bu yaxınlarda növbədənkənar qurultay keçirilsin. Qurultayı istəyirlər ki, mart ayında eləsinlər, elə sədr də həmin vaxt seçilsin. Əslində qurultay 5 ildən bir olur, amma indi növbədənkənar olacaq. Çünki sonuncu dəfə 2009-cu ilin yaz aylarında keçirilmişdi”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!