Modern.az

Baş Prokurorluqdan Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası haqda yeni MƏLUMAT

Baş Prokurorluqdan Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası haqda yeni MƏLUMAT

24 Yanvar 2013, 17:13

Baş Prokurorluq millət vəkili Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası barədə yeni məlumat açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ  rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord”  markalı 10-PD-199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

“Müəyyən edilib ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisin deputatları Aydın  Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olublar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”-deyə Baş Prokurorluq bildirib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!