“Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin yaxın günlərdə görüşü nəzərdə tutulub”. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri David Harutyunyan bildirib. Bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinə toxunar D.Harutyunyanın sözlərinə görə, hər iki ölkənin nümayəndə heyəti yaxn zamanlarda yenidən görüşəcək.
Qeyd edək ki, bu ilin yanvarın 22-də AŞPA-nın qış sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri David Harutyunyan və Səməd Seyidov arasında görüş keçirilib.
Anar RÜSTƏMOV