Modern.az

Nizami Ələkbərov İsmayıllı camaatı ilə görüşüb

Nizami Ələkbərov İsmayıllı camaatı ilə görüşüb

30 Yanvar 2013, 10:58


İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov baş verən məlum olaylardan sonra ilk dəfə camaat arasına çıxaraq, sakinlərlə görüşüb. Modern.az-ın məlumatına görə, İsmayıllıda bir qrup narazı kütlənin israrla istefasını tələb etdiyi icra başçısı rayonun bazar ərazisində insanlara görüşərək,  onlarla ayaqüstü söhbət edib. Nizami Ələkbərov İsmayıllı sakinlərilə söhbətində narahatçılığa əsas olmadığını, hər şeyin tezliklə əvvəlkindən də yaxşı olacağını söyləyib.

Sakinlərin sözlərinə görə, icra başçısı vəzifəsinə təyin olunan gündən indiyədək ilk dəfə adi  insanlarla görüşən N.Ələkbərovu bu adddımı atmağa son günlər keçirilmiş məlum etiraz askiyasından sonra yaranmış vəziyyət məcbur edib.
N.Ələkbərov 6 sentyabr 2006-cı il tarixindən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

 
A.RÜSTƏMOV
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!