2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.
2013-ci ilin yanvar ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 21000-dən çox ali məktəb, o cümlədən Azərbaycan ali məktəbləri öyrənilib, tədqiq olunub.
Modern.az-ın məlumatına görə, dünya ali məktəblərinin reytin cədvəlində yüksək liqada (ilk 1/3) Azərbaycandan cəmi iki ali məktəb - Qafqaz Universiteti və Xəzər Universiteti yerləşib.
Müqayisə üçün qeyd edək ki, keçmiş Sovet ölkələri üzrə yüksək liqaya (ilk 1/3) daxil olan universitetlərin sayı aşağıdakı kimidir: Belarus – 21, Qazaxıstan – 17, Moldova – 6, Gürcüstan – 5, Ermənistan – 5, Qırğızıstan – 4, Özbəkistan – 1 ali məktəb.
Modern.az