Modern.az

Rüstəm İbrahimbəyov həbs oluna bilər

Rüstəm İbrahimbəyov həbs oluna bilər

Ölkə

13 Fevral 2013, 14:27

Ötən aydan Azərbaycanı tərk edən Ziyalılar Forumunun təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun Rusiya, Fransa və ABŞ-a səfəri davam edir. Onun Azərbaycana fevral ayının ortalarında gələcəyi gözlənilirdi. Amma bu qayıdış baş tutmaya da bilər. Belə ki, vergi cinayətlərində ittiham olunan R.İbrahimbəyovun Azərbaycanda həbs olunma ehtimalı var. 

Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü, kinossenarist Eldəniz Quliyev də Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinə əngəllər yaradıldığını bildirib.

“Rüstəm İbrahimbəyov da Azərbaycan vətəndaşıdır. Onun Azərbaycana gəlməsinə süni əngəllər törədilir. O, əsassız olaraq vergi cinayətlərində ittiham olunur. Halbuki, Rüstəm İbrahimbəyov Azərbaycanı sevdirən mütərəqqi fikirli bir şəxsiyyətdir. Rüstəm bəyin gəlişinə əngəllər törədilməsinə baxmayaraq, yəqin ki, o bu yaxınlarda Azərbaycana gələcək. Təəssüf ki, onun Azərbaycana nə vaxt gələcəyi haqda bizim heç bir məlumatımız yoxdur”, – deyə E.Quliyev deyib.

Kinossenarist həmçinin qeyd edib ki,  Ziyalılar Forumu yaxın günlərdə yenidən bir araya gələrək müzakirələrə başlayacaq.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!