“Sabiq millət vəkili Gülər Əhmədovaya ən azı 10 il və daha artıq həbs cəzası veriləcək”. Bunu Modern.az-a açıqlamasında hüquqşünas Namizəd Səfərov bildirib. Gülər Əhmədovanın iki maddə ilə həbs edildiyini bildirən hüquqşünasın sözlərinə görə, eks-deputat barəsində açılan cinayət işi əvvəlkindən fərqlidir.
N.Səfərov həmçinin qeyd edib ki, qanununvericiliyin tələbinə müvafiq olaraq G.Əhmədovanın digər cinayət əməlləri açılasa, onu dağa ağır cəza gözləyir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə təqsirləndirilən sabiq deputat Gülər Əhmədova fevralın 13-də Səbail rayon Məhkəməsində çıxarılan qərarla hələlik 2 aylığa həbs olunub. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2) və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə (307.2-ci ) təqsirli bilinir.
Səbail Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilən keçmiş deputat Gülər Əhmədova dünən Bakı İstintaq Təcridxanasına aparılıb.
Anar RÜSTƏMOV