Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Univeristetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki R. İldırımzadə ilə bağlı daha bir video yayacaq. Bu barədə Modern.az-a Elşad Abdullayevin sözcüsü, bloqer Elnur Məcidli məlumat verib.
“Əlbəttə yeni video olacaq. Ən uyğun hesab etdiyimiz zamanda biz yeni videonu yayacağıq”-deyə E.Məcidli bildirib.
Qeyd edək ki, bir müddət öncə Elşad Abdullayev yeni video yayıb. Videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.
Anar RÜSTƏMOV