Modern.az

Əvəz Zeynallının həbsilə bağlı hətta Avropa Məhkəməsinə müraciət ediləcək

Əvəz Zeynallının həbsilə bağlı hətta Avropa Məhkəməsinə müraciət ediləcək

Ölkə

12 Mart 2013, 15:20

“Əvəz Zeynallının həbs olunması ilə bağlı bütün instansiyaları keçdikdən sonra Avropa Məhkəməsinə müraciət ediləcək”.
Bu barədə Modern.az-a “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Mehriban Zeynallı deyib. O bildirib ki, ötən gün bununla bağlı mətbuat konfransı olub.

M. Zeynallının sözlərinə görə, 300-ə yaxın insan prezidentə də müraciət edib. Amma bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ə. Zeynallıya 9 il müddətində azadlıqdan məhrum edilməsi barədə hökm oxunub:

“Ona sadəcə 9 il həbs verməyiblər. Həm də bir il mətbuat fəaliyyəti ilə məşğul olmağa qadağa qoyublar. Belə bir qadağanın qoyulması da Əvəz Zeynallının sifarişlə həbs olunduğunu sübut edir. Bütün bunlara baxmayaraq, şikayət hazırlayıb Novruz bayramından sonra Apelyasiya Məhkəməsinə təqdim edəcəyik. Hətta bütün instansiya məhkəmələrini keçdikdən sonra Avropa Məhkəməsinə müraciət ediləcək”.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

Gültəkin Ələsgər   

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir