Modern.az

“El" Hərəkatı rəsmən elan olundu: Eldar Namazov sədr seçildi - SİYAHI

“El" Hərəkatı rəsmən elan olundu: Eldar Namazov sədr seçildi - SİYAHI

Ölkə

12 Mart 2013, 16:35

“El” Hərəkatı rəsmən elan olunub. Modern.az saytının məlumatına görə, bu gün hərəkatın ofisində keçirilən təqdimat prosesində qurumun rəsmən yaradıldığı açıqlanıb.
“El” Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Naamzov onun sədri seçilib.

Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev  və digərləri daxildirlər.

Təqdimat mərasimində bildirilib ki, “El” Hərəkatının Bakı, Sumqayıt, Gəncə şəhərləri daxil olmaqla Azərbaycanın 35 şəhər və rayonunda təşəbbüs qrupları yaradılıb.

E.Namazov bildirib ki, “El” Hərəkatının məqsədi siyasi müstəvidə olan boşluğu doldurmaqdır.

Təqdimat mərasiminə Müsavat başqanı İsa Qəmbər,  AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Pəhan Hüseyn, Azərbaycan İslam partiyasının sədr müavini Rövşən Əhmədiv və eləcə də Ziyalılar Forumunun üzvləri iştirak ediblər. 


Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir