Modern.az

Mehriban Əliyeva ABŞ səfiri ilə görüşüb – FOTO

Mehriban Əliyeva ABŞ səfiri ilə görüşüb – FOTO

Ölkə

16 Mart 2013, 15:01


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb.  Modern.az xəbər verir ki, görüşdə Mehriban Əliyeva səfirə Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib, beynəlxalq qurumlar, o cümlədən YUNESCO və İSESCO ilə əməkdaşlığın istiqamətləri barədə danışıb.

Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmin məktəblərdə qızlar müxtəlif peşələrə yiyələnəcəklər.

Qeyd olunub ki, Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi göstərilir, onların cəmiyyətdəki rolunun, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərilir.

Səfir Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Görüşdə qarşılıqlı maraq doğuran digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir