Modern.az

Eynulla Fətullayev Gülər Əhmədovanın dairəsindən təkrar seçkiyə qatılacaq?

Eynulla Fətullayev Gülər Əhmədovanın dairəsindən təkrar seçkiyə qatılacaq?

Ölkə

19 Mart 2013, 12:12

“İşlərim çoxdur. O qədər işim var ki, bu işlər mənə kifayətdir və xeyli vaxtımı aparır. Bu baxımdan parlament seçkilərində iştirak etmək fikrim yoxdur. Hazırda işləyirəm, işimdən də çox razıyam. Əlavə işə isə vaxtım da yoxdur”.
Bunu Modern.az-a açıqlamasında jurnalist-hüquq müdafiəçisi Eynulla Fətullayev onun boş qalmış iki seçki dairəsindən birində keçiriləcək təkrar seçkilərə qatılacağı barədə yayılan məlumatı şərh edərkən bildirib.

E.Fətullayevin sözlərinə görə, o, təkrar seçkidə iştirakı barədə fikirləşmir.

İnkar etməsinə baxmayaraq, E.Fətullayev barəsində yayılan məlumatda bildirilir ki, jurnalist-hüquq müdafiəçisinin 34 saylı Xətai rayon II seçki dairəsindən təkrar seçkiyə qatılmaq niyyəti var.

Xatırladaq ki, hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova və bu yaxınlarda avtomobil qəzasında dünyasını dəyişən Hikmət Atayevin parlamentdəki yerləri boş olduğundan onların seçildiyi dairələrdə təkrar  seçkilər keçirilə bilər.
Bu baxımdan Eynulla Fətullayevin də həmin seçkilərdə iştirak edəcəyi ehtimal olunur.

34 saylı Xətai rayon II seçki dairəsindən seçilən Gülər Əhmədova özü millət vəkilliyindən imtina edib. 110 saylı Zaqataladan seçki dairəsindən seçilən deputat Hikmət Atayev isə martın 7-də Gürcüstan-Balakən yolunda keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir