Modern.az

Ermənilərin Azərbaycanda sponsor axtarışı - TƏXRİBAT

Ermənilərin Azərbaycanda sponsor axtarışı - TƏXRİBAT

Ölkə

26 Mart 2013, 10:32

Şuşadan təxribat - taliş radiosunun yayımı davam etdirlir

Modern.az saytı bir neçə gün əvvəl ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpağında – Şuşada növbəti təxribata başlağıqları barədə xəbər vermişdi.
Artıq 4 gündür ki, Şuşa radioqülləsindən "Talışıstanın səsi" radiostansiyası öz yayımına başlayıb. Verilişlər gündə 5 dəfə 1 saat ərzində yayımlanır. İndiyə qədər talış dilində radio verilişləri yalnız İranda həftədə 2 dəfə yayımlanırdı.

İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Qarnik Asatryan "Azadlıq" radiostansiyasına müsahibəsində bildirib ki, talış dilində radionun açılması ideyası hələ ötən il Cağkadzorda keçirilən talışşünaslıq beynəlxalq konfransında irəli sürülüb.Radionun yaranmasında məqsəd talışların tarixini öyrənmək, görkəmli sənətkarları haqqında verilişlər hazirlamaq, talışşünaslığın problemlərini araşdirmaqdir. Verilişlərin 20-25 dəqiqəsi talışca, 15 dəqiqəsi azərbaycanca aparılır, qalan 15-20 dəqiqəsində isə musiqilər səsləndirilir.
”Veriliş ərzində çalışırıq ki, siyasət məsələlərinə və problemlərinə çox da qarışmayaq. Ümumiyyətlə, siyasi xəbərlərdən ona görə uzaq durmağa çalışırıq ki, sonra deyilməsin ki, talışlarları da siyasətə cəlb etmək məqsədi güdürük (açıq yalan-İ.T.)”-deyə Qarnik Asatryan bildirib.

Daha sonra kafedra müdiri bildirib: "Bu radiostansiya bizim universitetin İranşünaslıq kafedrasının təşəbbüsü ilə kafedra nəzdində olan Qafqaz mərkəzi və "Modus vivendi" mərkəzinin birgə səyi nəticəsində yaradılıb. Bu mərkəzlərin ikisi də xüsusi ictimai təşkilatlardır. Ona görə də burada siyasi konteksdən söz gedə bilməz".

Fikir verirsinizsə, erməni kafedra müdiri radiostansiyanın yaradılmasının siyasi məqsədlər daşımayacağını, radionun siyasətlə məşğul olmayacağını dönə-dönə vurğulayır. Əgər belədirsə, bəs keçən il İrəvanda keçirilən (200-ə qədər İran talışlarının dəvət olunduğu) talışşünaslıq konfransı və ya ləzgi konfransı hansı məqsədlər güdürdü? Sizcə məqsəd Azərbaycan Respublikası ərazisində yaşayan azsaylı xalqları öz vətənləri olan Azərbaycana qarşı yönəltmək niyyəti siyasət deyilmi? Çox güman ki, bu erməni elm adamı Qarabağ müharibəsində həmin azsaylı xalqların nə qədər şəhid verməsindən və neçə-neçə Milli qəhrəmanlarından xəbərsizdir.

Asatryanın dediyinə görə radiostansiyanın əsas dinləyici bazası Azərbaycandır, ancaq bu stansiyanın Moskvadan Tehrana qədər yayımlama imkanları var. O bildirib ki, Azərbaycan tərəfindən radionun açılışı heç də birmənalı qarşılanmasa da, əsl talışların bir çoxu tərəfindən sevinclə qarşılanıb.
”Yaxın gələcəkdə radionun saytının yaradılması və yeni ofisin istifadəyə verilməsi işlərimizi asanlaşdiracaq”-deyə o vurğulayıb.

Yekun sözlərini əsl erməni xarakterinə uyğun olaraq bitirən Asatryan yardım məsələsinə toxumnağı da unutmayıb: "Hazırda heç bir sponsorumuz yoxdur, amma əminəm ki, tezliklə onlar da olacaq. Ola bilsin ki, sponsorlarımız Azərbaycandan oldu, niyə də olmasın".

Tarixən Azərbaycanın və başqa ölkələrin yardımına möhtac olan Ermənistanın hazırki şəraitdə belə, Azərbaycan əleyhinə təbliğat aparan bir quruma Azərbaycanın öz daxilində sponsorun axtarılması nə deməkdir, bilirsinizmi?

Erməni xislətindən doğan bir həyasızlıqdan başqa heç nə!!!

İsmayıl Tanrıverdi
BDU-nin erməni araşdırmaları ETL-nın rəhbəri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir