Modern.az

Xersonda strateji körpü məhv edildi

Xersonda strateji körpü məhv edildi

26 Avqust 2022, 21:42

Ukrayna ordusu Rusiyanın işğalı altında olan Xerson vilayətinin cənubundakı strateji körpünü raket zərbəsi ilə məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun cənub komandanlığı məlumat yayıb.

 

Rusiya qüvvələrinin aktiv istifadə etdiyi Daryevski körpüsünün hazırda fəaliyyətinin dayandırıldığı bildirilir.

 

Təxminən 100 metr uzunluğunda olan Daryevski körpüsü Dnepr çayının qolu olan İnhulets çayı üzərində yerləşir və bu istiqamətdə Rusiya tərəfindən idarə olunan yeganə keçiddir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?