Modern.az

Ermənistan və Rusiyanın baş qərargah rəisləri Qarabağı müzakirə etdilər

Ermənistan və Rusiyanın baş qərargah rəisləri Qarabağı müzakirə etdilər

Dünya

26 Avqust 2022, 22:17

Avqustun 26-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Edvard Asryan Rusiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

O, Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, ordu generalı Valeri Gerasimov ilə görüşüb.

 

Asryan rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, eləcə də Qarabağdakı mövcud vəziyyət barədə məlumat verib.

 

Görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Bundan əlavə, regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza