Modern.az

Ukraynada daha bir amerikalı həlak oldu

Ukraynada daha bir amerikalı həlak oldu

Dünya

27 Avqust 2022, 00:55

Ukraynada döyüşlər zamanı daha bir ABŞ vətəndaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

 

Şəxsin adı, harada və nə vaxt öldüyü barədə məlumat verilməyib.

 

Jurnal xatırladır ki, ABŞ rəsmiləri dəfələrlə bütün amerikalıları Ukraynanı tərk etməyə çağırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza