Modern.az

Ukraynadan 1 milyon ton məhsul ixrac edilib

Ukraynadan 1 milyon ton məhsul ixrac edilib

27 Avqust 2022, 18:55

Taxıl dəhlizi vasitəsilə Ukraynanın üç limanından 1 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

 

Prezident qeyd edib ki, Ukrayna qlobal ərzaq təhlükəsizliyinin təminatçıları arasında olub, var və olacaq.

 

Zelenski əlavə edib ki, bu ixrac ukraynalılara yüz minlərlə iş yeri, eləcə də Ukrayna şirkətləri və dövlət büdcəsi üçün gəlir gətirir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?