Modern.az

HIMARS raket sistemlərinin istehsalı artırılır

HIMARS raket sistemlərinin istehsalı artırılır

Dünya

27 Avqust 2022, 23:15

ABŞ HIMARS raket sistemləri və bu sistemlərdə istifadə edilən sursatların istehsalını artırmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

 

ABŞ müdafiə nazirinin müavini Uilyam Laplante bildirib ki, HIMARS sistemlərinin istehsalı üçün 400 milyon dollar ayrılıb, əlavə 200 milyon dolların da ayrılması planlaşdırılır.

 

Qeyd olunub ki, istehsalın artırılmasına səbəb Ukraynadakı müharibədir. ABŞ Ordusunun arsenalında olan HIMARS sistemlərinin bir hissəsi Ukraynaya təhvil verilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza