Modern.az

Facebook-da nazirin adına saxta profil açanlar cəzalandırılıb

Facebook-da nazirin adına saxta profil açanlar cəzalandırılıb

Ölkə

30 Mart 2013, 17:15

Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubovun adına daha bir profil açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada həmin  profilin saxta olduğu və Ramil Usubova heç bir aidiyyatı olmadığı bildirilib.

Xatırladırıq ki, bir müddət əvvəl də nazirin adından "Facebook" sosial şəbəkəsində iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. DİN-dən verilən məlumata görə, sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb.

“Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyatı yoxdur.  Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq”-deyə DİN mətbuat xidmətindən bəyan edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir