fəlsəfə üzrə fəlsəfə doktoru
Sözdə «erməni soyqırımı»na qarşılıq erməni-rus birləşmələri tərəfindən törədilmiş Azərbaycan-Türk faciələridir
XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən üzdəniraq qonşularımız ermənilərin Türkiyə və Azərbaycan torpaqları hesabına, «dənizdən-dənizə» devizi ilə «Böyük Ermənistan» dövləti yaratmaq iddiası bir çox facilərə - 31 mart Azərbaycanlıların soyqırımı, 26 fevral Xocalı soyqırımı və s. gətirib çıxarmışdır. Maraqlıdır ki, «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün ermənilər bir tərəfdən sözdə özünü «faciə qurbanı» kimi qələmə vermiş, digər tərəfdən isə həqiqətdə Türkiyə və Azərbaycan türklərinə qarşı geniş miqyasılı faciələrin birbaşa təşkilatçısı olmuşdur. Bəs ermənilər bunu hansı formada həyata keçirmişlər?
Türkiyə və Azərbaycan torpaqları hesabına «Böyük Ermənistan» yaratmaq üçün ilk növbədə, ermənilər özlərini «yazıq və bədbəxt millət» şəklinə salaraq Rusiya, Fransa, İngiltərə, ABŞ və başqa super dövlətlərin timsalında güclü himayədarlar axtarmağa başlamışlar. Bu super dövlətlər arasında Rusiya dövlətinin və rus xalqının erməni xalqına olan yaxın münasibətləri xüsusilə qeyd olunmalıdır. Şübhəsiz, həmin dövlətlərə, özəlliklə Rusiyaya da həmin dövrdə bölgədə nüfuz sahibi olmaq və möhkəmlənmək üçün özünə himayəçi axtaran «yazıq və bədbəxt» millətə ehtiyacları var idi. Belə bir məqamda «satqın və xəyanətkar» rolunu könüllı şəkildə qəbul edən ermənilərin meydana çıxması hər iki tərəfin - ağaların da (Rusiya, İngiltərə, Fransa, ABŞ və b.), kölənin də (ermənilərin) işinə yaradı. Bununla da, XX yüzilliyin başlanğıcında dünya siyasətində sözdə «erməni faciəsi» məsələsi peyda oldu.
Ancaq bu sözdə «erməni faciəsi» məsələsini qloballaşdırmaq lazım idi. Çünki dünyanın super dövlətləri və onların xalqları yox yerdən «erməni faciəsi» məsələsi ilə məşğul ola bilməzdilər. Ona görə də, bu vəzifəni həyata keçirmək üçün ermənilər özləri hərəkətə keçməli və sözdə «yazıq və bədbəxt», daha sonralar sözdə «soyqırıma» məruz qalmış, həqiqətdə isə satqın, xəyanətkar, eləcə də vəhşi, murdar sifətlərini göstərməli idilər. Məhz ötən əsrin əvvəllərində baş verən erməni-türk münaqişələri (1905-1906, 1912-1915, 1918 və b.) «erməni faciəsi» məsələsinin dünyada tanıtmaq, erməni adlı yazıq, bədbəxt və ən əsası dövləti guya, qəsb edilmiş, özü də sözdə «soyqırıma» məruz qalmış bir millətin olmasını ortaya qoymaq idi.
Erməni vəhşiliyi ilə ilk dəfə 1905-1906-cı illərdə qarşılaşan Azərbaycan türkləri, Azərbaycan xalqı üçün onda, qonşusu ermənilərin Qarabağda, İrəvanda, Zənəgzurda və başqa yerlərdə türklər yaşayan şəhər və kəndlərə saldırmaları gözlənilməz olmuşdur. Bunun nəticəsi olaraq ilk dövrlərdə Bakı, Şuşa, Naxçıvan, İrəvan, Gəncə və Azərbaycanın başqa bölgələrində çar Rusiyasının böyük dəstəyi və cinayətkar fəaliyyəti şəraitində erməni yaraqlıları minlərlə Azərbaycan türkünün günahsız qanını axıtdı, onlarla Azərbaycan kəndləri xaraba qoydu və on minlərlə azərbaycanlını yurd-yuvasından didərgin saldı.
Erməni-rus şovinist birləşmələrinin azərbaycanlılara qarşı növbəti vəhşiliyi isə 1918-ci ilin martında gerçəkləşdirildi. Fikrimizcə, bu dəfə Azərbaycan türklərinə, azərbaycanlılara qarşı soyqırım faktının mart ayında baş verməsi təsadüfi olmamışdır. Doğrudur, bunda həm erməni daşnakları, həm də rus bolşevkiləri eyni dərəcədə maraqları olmuşlar. Növbəti faciənin martqda baş verməsinə rus bolşevikləri ona görə maraqlı idilər ki, Azərbaycanda müstəqil türk dövlətinin yaranmasının qarşısını almaq istəyirdilər. Yəni hansı yolla olursa-olsun azərbaycanlıların gözlərini qorxutmaq və istiqlal fikrindən daşındırmaq niyyəti güdürdülər. Bu məsələdə rus bolşeviklərlə birmənalı şəkildə həmrəy olan erməniləri eyni zamanda, düşündürən daha bir önəmli məsələ var idi. O da, 1-ci Dünya müharibəsinin gedişi zamanı Osmanlı-Türkiyəsində baş verən hadisələrdən hələ də, doğru nəticə çıxarmamaları idi.
Qeyd edək ki, 1-ci Dünya müharibəsində iştirak edən Türkiyə düşmənlərinə (çar Rusiyası və b.) qarşı mübarizə apardığı bir zamanda (1914-1915-ci illər) ərazisinin şərq bölgəsində yaşayan erməni quldur dəstələri ağalarının himayəsi ilə türk-müsəlmanlara olmaz divan tutaraq, Şərqi Anadoluda Ermənistan dövləti yaratmağa cəhd göstərmişlər. Türkiyə hökuməti isə ermənilərin bu xəyanətinə qarşılıq onların bu ərazini boşaltmasına göstəriş vermişdir. Xüsusilə, 1915-ci ilin arelində ermənilərin xeyli bir qismi Türkiyənin şərq bölgəsindən çıxarılmışdır. Bununla da, 1915-ci ilin aprelində baş verən göçürülmə əməliyyatını «erməni soyqırımı» olaraq qəbul edən erməni daşnakları bu tarixdən sonra hər bir fürsətdə Türkiyə və Azərbaycan türklərinə qarşı inanılmaz cinayətlərini daha da artırmağa başlamışlar.
Bizə elə gəlir ki, ermənilərin məhz 1918-ci ilin martda Azərbaycan türk soyqırımının reallaşmasında maraqlı olmasında bu amil, yəni sözdə «erməni soyqırımı» mühüm rol oynamışdır. Bu bir növ, erməni daşnakları üçün yaxınlaşan aprel sözdə «erməni soyqırımı»ndan öncə türklərdən qisas almaq niyyəti idi. Hər halda, Azərbaycanda 30-31 martda Azərbaycan türklərinin soqyrımını təşkil edən rus bolşeviklərinin lideri V.İ.Leninin Qafqazdakı səlahiyyətli nümayəndəsi, Bakı Soveti Xalq Komissarlarının sədri daşnak-bolşevik Stepan Şaumyan olmuqdur.
Azərbaycanın istiqlalı ideyasına qarşı barışmazlıq göstərən bolşevik-daşnak Şaumyan hələ, 1917-ci ilin dekabrında Leninin imzaladığı «Türkiyə ərazisində Ermənistana muxtariyyət verilməsi» dekretinə nail olmuşdu. Bu dekretdən sonra S.Şaumyan «Bakinski raboçi» qəzetinin 1918-ci ilin 17 fevralında «Vətəndaş Rəsulzadəyə cavab» yazısında xəyanətkar mövqeyini belə açıqlamışdı: «Tutaq ki, Rəsulzadənin özü inqilabi qayda-qanunun bərpası naminə milli polkların təşkilində iştirak etsin, tutaq ki, onun obyektiv niyyətləri billur kimi safdır, lakin obyektiv surətdə onun fəaliyyəti əks nəticə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu və ya digər şəxsiyyətin yaxşı niyyətlərindən deyil, sinfi niyyətlərindən irəli gəlir». Şaumyanın davam etdirdiyi qorxulu, riyakar siyasəti isə Lenin 1918-ci ilin martın əvvəllərində ona göndərdiyi teleqramda belə ifadə etmişdi: "Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir».
Bütün bunlardan ruhlanan daşnak-bolşevik Stepan Şaumyan 1918-ci il martın 15-də Bakı Sovetinin iclasında açıq şəkildə bəyan etmişdi ki, "Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir". Hətta, Şaumyan deyirdi ki, Azərbaycanın istiqlalını istəyənlərə onlar ancaq xarabazarlıqlar verəcəklər. Bu o demək idi ki, erməni-rus birləşmələri Azərbaycan türklərinə qarşı soyqırımı əvvəlcədən planlaşdırmışdılar və onlara kiçicik bir bəhanə lazım idi, bu soyqırımı başlasınlar. Gözlənildiyi kimi də oldu. Belə ki, martın 30-da erməni kilsəsi yanında toplaşan erməni daşnaklarının müsəlmanları-türkləri atəşə tutması ilə isə rəsmən soyqırım başladı.
Soyqırım ərəfəsində "Daşnaksutyun" Partiyası və Erməni Milli Şurasının Bakı Sovetinin tərəfinə keçməsi açıq şəkildə göstərirdi ki, Bakı şəhərində rəhbərliyi ələ keçirən rus-erməni daşnak və bolşeviklərinin məqsədi türklərə qarşı bir soyqırımı nə olursa-olsun reallaşdırmaqdır. Beləliklə, 1918-ci ilin martın da erməni daşnakları böyük qardaşı, himayədarı Rusiyanın birbaşa yardımı ilə türklərin-müsəlmanların kütləvi şəkildə soyqırımına başladılar. Təkcə, martın 30-dan 31-nə keçən gecədə Bakıda 10 mindən çox azərbaycanlı-türk bolşevik və daşnak hökuməti tərəfindən soyqırıma məruz qaldı. Eyni zamanda bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Lənkəran, Kürdəmir, Salyan və Azərbaycanın başqa qəzalarında on minlərlə azərbaycanlıları qətlə yetirdilər. Bugünkü Quba soyqırım məzarlığı buna ən bariz nümunələrdən biridir.
Maraqlıdır ki, sonralar sovet tarixşünasları, alimləri mart soyqırımını ciddi-cəhdlə vətəndaş müharibəsi kimi qələmə verərək, bunun məsuliyyətini isə Azərbaycan türklərinin, xüsusilə «Müsavat» Partiyasının üstünə atmağa çalışmışlar. Ancaq danılmaz faktlar da sübut edir ki, mart hadisələrinin rus bolşevikləri və erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımdan başqa bir adı yoxdur.
Çünki erməni daşnaklarının liderlərindən biri olan Şaumyanın birbaşa təhriki ilə başlanan mart qırğınlarında rus bolşeviklərinin yaratdığı "Bakı Soveti" və "Daşnaksutyun" Partiyasının fəalları birgə hərəkət etmişlər. Leninin imzasıyla göndərilmiş dekreti əldə etdikdən sonra, Türkiyə ərazisində muxtariyyət alacağı iştahasına düşən Şaumyan və onun daşnakçı silahdaşları açıq-aşkar şəkildə rus bolşevikləri ilə birgə hərəkət etməyə başlamışlar. Azərbaycan türklərinə, bütün azərbaycanlılara qarşı törədilmiş soyqırımın canlı şahidi, həmin dövrdə Azərbaycan xalqının lideri Məhəmməd Əmin Rəsulzadə 30-31 mart hadisələri ilə bağlı sonralar yazırdı: "Şaumyandakı bu vəsiqənin təsiri elə olmalıdır ki, bir ay əvvəl Bakı bələdiyyəsində Rus Müəssislər Məclisini dağıdan bolşeviklərə qarşı bombalar, metralyozlar saçan "Daşnaksutyun" firqəsi "Bakı Soveti" ilə sıx bir rabitəyə və əsgəri bir ittifaqa girmiş oldu. Şaumyanın idarəsi altında bulunan "Bakı fəhlə və əsgəri soveti" erməni alayları və "Daşnaksutyun" firqəsinin müavinətini təmin ilə müsəlman təşkilatına qarşı şədid bir xətti-hərkət ittixaz eylədi ".
Rəsulzadə erməni daşnaklarını və rus bolşeviklərinin təkcə Bakıda 10 000 (on min) müsəlmanı-azərbaycanlını qətlə yetirdiyiyni yazırdı: "Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatları Bakıda da tətbiq ediyorlardı. Fəhlə və füqəra hakimiyyəti naminə "Müsavat firqəsi ilə "Milli Müsəlman Şurasına" elani-hərb edən "Bakı Soveti" erməni alayları ilə birlikdə 10 000 (on min) qərib müsəlman qətl etdi. Qətl edilənlər arasında əksəri fəhlə və füqəra sinfindən olmaq üzrə minlərcə qadın, cocuq və silah daşımalarına imkan bulunmayan ixtiyarlar vardı". Ancaq sonralar məlum oldu ki, təkcə Bakıda qətlə yetirilən azərbaycanlıların sayı 12 mindən çox olmuşdur.
Rəsulzadə daşnak ermənilərin və bolşevik rusların müsəlmanlara-türklərə qarşı vəhşliyini səbəbini isə belə izah etmişdi: "Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu. Həqiqətən mart hadisəsi əsnasında baş verən qətl, bir sinif mübarizəsinə qətiyyən bənzəmiyordu. Bu, hər hankı bitərəf bir müşahid nəzərində müdafiə silahından məhrum müsəlman xalqının amansız bir surətdə soyqırımından başqa bir şey deyildir".
Beləliklə, 30-31 martda on minlərlə azərbaycanlılar təkcə qətlə yetirilmədilər, daşnak ermənilər və bolşevik ruslar tərəfindən onların uşaqları doğrandı və yandırıldı, qadınları təcavüzə uğradı və baş-qulaqları kəsildi və s. Bakının təkcə bir məhəlləsində 57 müsəlman-türk qadınının qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış və bəziləri divara mıxlanmışdı. Eyni zamanda bizim burada yaza bilmədiyimiz daha dəhşətli hadisələr də olmuşdur.
Qeyd edək ki, Azərbaycan Respulikasının sabiq prezidenti Heydər Əliyevin fərmanı ilə artıq neçə illərdir ki, 31 mart Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunur. Heydər Əliyev 31 mart azərbaycanlıların soyqırım günü münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən geniş miqyaslı qanlı aksiyaları ürək ağrısı ilə yad edirik".
Şübhəsiz, eməni vəhişiliyi və onların arxasında dayanan rus şovinist dairəlrinin Azərbaycan türklərinə, azərbaycanlılara qarşı yöənlmiş soyqırım və başqa faciələr bununla bitmədi. 1920-ci illərdə Sovet Rusiyasının Zəngəzuru ermənilərə verməsi, üstəlik Azərbaycanda heç bir əsas olmadan Dağlıq Qarabağ Muxtar Vtilayəti yaratması, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası, 26 fevral Xocalı-Azərbaycan faciəsi və s. faktlar azərbaycanlıların soyqırımı tarixinin faciəli və qanlı səhifələrindəndir.
Yuxarıda da qeyd etdiyimiz kimi, 30-31 mart Azərbaycanlıların soyqırımı günü kimi, 1992-ci il 26 fevral Xocalı-Azərbaycan faciəsinin də məhz 24 aprel «erməni soyqırımı» günündən əvvəl baş verməsi təsadüfi sayıla bilməz. Bu yenə də ermən xəstəliyinin, erməni vəhişiliyinin «tarixi yaddaşı»nın üz qarasıdır. Həmişə himayədarlarının, xüsusilə Rusiya dövlətinin birbaşa yardımı ilə türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı soyqırım hadisələri həyata keçirən erməni daşnakları bu cür rəzil millət olduqlarını 1992-ci il 26 fevral tarixində də ortaya qoymuşlar. Bu təkcə, sözdə «erməni soyqırımı» öncəsi qonşusu türklərdən qisas aldıqlarını hesab edən bir millətin düşüncəsi deyil, bu həm də onun himyadəraı olan Rusiyanın şovinist dairələrinin Azərbaycan xalqına dost olmayan münasibətinin bariz nümunəsidir. Hər halda, danılmaz faktdlır ki, ötən əsrdə Azərbaycan xalqının başına açılan faciəvi oyunlarda - 1905-1906-cı illlər erməni-türk münaqişəsi, 30-31 mart Azərbaycan türklərinin soyqırımı, 1920-ci illər Zəngəzurun Ermənistana verilməsi və DQMV-nin yaradılması, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası, 26 fevral Xocalı-Azərbaycan faciəsi, Dağlıq Qarabağın və onun ətrafındakı digər 7 rayonun işğal olunması və s. hadisələrdə ermənilər həmişə himayədarı Rusiya ilə birgə hərəkət etmişdir və etməkdə də davam edir.
Bizə elə gəlir ki, Azərbayan xalqı tarixin bu amansız dərslərindən, xüsusilə də soyqırım faktlarından nəticə çıxarmalı, dostlarını və düşmənlərini yaxşı tanımalıdır. Şübhəsiz, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımlarda əsas rolu ermənilər oynamışdır. Ancaq onu da unutmayaq ki, Rusiya və rus əsgəri olmadan ermənilər bu soyqırımları təkbaşına həyata keçirə də bilməzdi. Deməli, bu soyqırımların mahiyyətini dərindən anlayıb doğru nəticə çıxarmalayıq. Bu o deməkdir ki, biz bu soyqırımlarda yalnız ermənilərin və Ermənistanın deyil, eyni zamanda Rusiyanın da müəyyən pay sahibi olmasını yaddan çıxartmamalıyıq. Hər halda, o da faktdır ki, vaxtilə Azərbaycan torpaqlarının müəyyən bir hissəsində Ermənistan dövlətini yaradan Rusiya yaxın tariximizdə torpaqlarımızın digər bir hissəsinin işğal olunmasında fəal oynamaqla yanaşı ikinci bir «erməni dövləti»nin qurulması məsələsində də ikiüzlü siyasətini davam etdirməkdədir.