Modern.az

Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi 

Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi 

Dünya

30 Avqust 2022, 18:38

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri görüşüb.

 

Modern.az bildirir ki, görüşdən sonra İttifaqın baş diplomatı Jozep Borrell mətbuata açıqlama verib.

 

O deyib ki, təşkilatın Ukraynaya hərbi yardım missiyasının yaradılması üçün işə başlamaq barədə razılığa gəliblər.

 

“Deyə bilərəm ki, bütün üzv dövlətlər Aİ-nin Ukraynaya hərbi yardım missiyasının parametrlərini müəyyən etmək üçün lazım olan işlərə başlamaq barədə razılığa gəlib”, - deyə Borrel qeyd edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi