Modern.az

Arayikin baş müşaviri Şuşaya görə HƏBS OLUNUB

Arayikin “baş müşaviri” Şuşaya görə HƏBS OLUNUB

Dünya

30 Avqust 2022, 21:24

Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinin detalları məlum olub.

 

Modern.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun həbsi barədə məlumat yayıb.

 

Bildirilir ki, Arzumanyan hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə saxlanılıb. Onun haqqında həbs qətimkan tədbiri seçilib.

 

Komitənin yaydığı məlumatda qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.

 

Qeyd edək ki, Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi