Modern.az

Quterreş Pakistana dəstək səfərinə gedir

Quterreş Pakistana dəstək səfərinə gedir

Dünya

30 Avqust 2022, 22:47

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş daşqınlar nəticəsində 1000-dən çox insanın həyatını itirdiyi Pakistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.

 

Səfər sentyabrın 9-da baş tutacaq. Quterreşin daşqınlardan ən çox zərər çəkmiş bölgələrə gedəcəyi bildirilir.

 

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 1200-ə yaxın insan həyatını itirib, milyonlarla insan daşqınlardan zərər çəkib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi