Konqo Demokratik Respublikasında BMT-yə məxsus helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
BMT-nin Ümumdünya Ərzaq Proqramına məxsus helikopter Şimali Kivu əyaləti üzərində uçarkən yerə düşüb. Qəza nəticəsində 3 nəfər yaralanıb. Qəzanın səbəbi barədə məlumat verilməyib.
Akif İsmayılov