Modern.az

Pakistanın üçdə bir hissəsi su altında qalıb 

Pakistanın üçdə bir hissəsi su altında qalıb 

Dünya

2 Sentyabr 2022, 22:51

Güclü yağışlar nəticəsində Pakistan ərazisinin üçdə bir hissəsindən çoxu su altında qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Məlumat Avropa Kosmik Agentliyinin (ESA) peyk fotoşəkilləri ilə öz təsdiqini tapıb. Bildirilir ki, daşqınlar əlavə fəlakətlərə səbəb olmaq təhlükəsi yaradıb.

 

Belə ki, ölkədə ərzaq çatışmazlığı yaranıb, milyonlarla hektar əkin sahəsi su altında qalıb, yüz minlərlə mal-qara tələf olub. Humanitar təşkilatlar isə yoluxucu xəstəliklərin artması ilə bağlı xəbərdarlıq edir.

 

Xatırladaq ki, iyunun ortalarında daşqınlar 1200-dən çox insanın həyatına son qoyub, onlardan 400-ə yaxını uşaqdır, bundan əlavə, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb. 

 

Pakistanın musson mövsümü adətən leysan yağışlarla müşayiət olunur, lakin Pakistan Meteorologiya Departamentinin məlumatlarına görə, bu il 1961-ci ildən bəri ən yağışlı mövsüm olub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi