Modern.az

ABŞ Lavrova viza vermədi

ABŞ Lavrova viza vermədi

Dünya

3 Sentyabr 2022, 09:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-Yorka səfəri üçün ABŞ-dan 56 viza istənilib, lakin hələ də buna müsbət cavab verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bildirib.

 

BMT-nin baş katibi Antonio Quterreşə məktub yazan səfir şikayətlərini dilə gətirib. O, ABŞ-ın Rusiya nümayəndə heyətinə viza verməkdən imtina etdiyini diqqətə çatdırıb.

 

Diplomat ABŞ tərəfindən Rusiyanın müraciətinə cavab verilmədiyini, hansı səbəbdən imtina edildiyinə aydınlıq gətirilmədiyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?