Modern.az

Rusiyanın canlı qüvvə itkisi 49 mini ÖTDÜ

Rusiyanın canlı qüvvə itkisi 49 mini ÖTDÜ

Dünya

3 Sentyabr 2022, 10:54

Ukraynada son sutka ərzində Rusiya ordusunun 350 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın canlı qüvvə itkilərinin sayı 49 050 nəfəri ötüb.

 

Rusiya ordusunun digər döyüş itkiləri 2034 tank, 4403 zirehli döyüş maşını, 1134 artilleriya sistemi, 293 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 235 təyyarə, 205 helikopter, 864 PUA, 203 qanadlı raket, 15 gəmi, 3268 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir.

 

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi