Modern.az

Qorbaçov həyat yoldaşının yanında dəfn edildi

Qorbaçov həyat yoldaşının yanında dəfn edildi

Dünya

3 Sentyabr 2022, 17:45

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov dəfn edilib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Novodeviçye ailə məzarlığında - həyat yoldaşı, Raisa Qorbaçovanın yanında dəfn edilib.

 

Dəfn mərasimi fəxri qarovul dəstəsinin iştirakı ilə baş tutub.

 

Mərasimdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak edib.

 

Qeyd edək ki, Mixail Qorbaçov avqustun 30-da ağır və uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?