Modern.az

Sabiq prezidentə BMT-də vəzifə verildi 

Sabiq prezidentə BMT-də vəzifə verildi 

Dünya

3 Sentyabr 2022, 22:17

Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

72 yaşlı sabiq dövlət başçısı bu vəzifədə kanadalı Debora Layonsu əvəzləyib.

 

“Roza Otunbayevanın 35 ildən artıq peşəkar təcrübəsi var”, - deyə nazirlikdən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?