Ötən ay Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının 90-a yaxın üzvünü zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 16 nəfər terrorçu öldürülüb, 60-ı sağ ələ keçirilib, 14-ü isə təslim olub.
Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.