Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Sentyabrın 5-də Ararat Mirzoyan Rusiyaya işgüzar səfər edəcək.
Tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eyni zamanda Qarabağ məsələsini müzakirə edəcək.