Modern.az

Dünyanın həyat səviyyəsi ən yaxşı olan ölkələri - SİYAHI

Dünyanın həyat səviyyəsi ən yaxşı olan ölkələri - SİYAHI

Dünya

8 Sentyabr 2022, 16:50

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən tərtib edilən İnsan İnkişafı İndeksinə əsasən, 2021-ci ildə dünyanın hər on ölkəsindən doqquzunda həyat səviyyəsi pisləşib.


Modern.az xəbər verir ki, yeni reytinqə əsasən, İsveçrə 2021-ci ildə 0,962 balla dünyanın ən inkişaf etmiş ölkəsi olub.

İkinci və üçüncü sıralarda Norveç (0,961) və İslandiya (0,959) qərarlaşıb.


Almaniya 2015-ci ildən bəri 5 pillə geriləyərək 0,942 balla 9-cu yerə düşüb.


1990-cı ildə indeksin ilk reytinqinə başçılıq edən ABŞ indi yalnız 21-ci yerdədir (0,921).


Rusiya (0,822)  siyahıda 52-ci, Ukrayna (0,773) isə 77-ci yerdədir. Gürcüstan 63-cü, Türkiyə və İran müvafiq olaraq 48-ci və 76-cı, Azərbaycan 91-ci  yerdədir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi