Modern.az

HIMARS-la Rusiyanın 450 hədəfi vurulub

HIMARS-la Rusiyanın 450 hədəfi vurulub

Dünya

8 Sentyabr 2022, 19:53

Ukrayna ABŞ tərəfindən tədarük edilən HIMARS raket sistemləri ilə Rusiyanın 400-dən çox hədəfini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli bildirib.

 

"Biz bu sistemlərin istifadəsində Ukraynadan real və ölçülə bilən qazanclar görürük. Məsələn, ukraynalılar HIMARS ilə 400-dən çox hədəfi vurdular və onların dağıdıcı təsiri oldu", - deyə o, Almaniyanın cənubundakı Ramşteyn aviabazasında deyib.

 

ABŞ-ın müttəfiqləri qeyd olunan aviabazada Kiyevə hərbi dəstəyi müzakirə edəcək.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi