Böyük Britaniyanın Baş naziri Liz Trass ölkənin yeni Kralının III Çarlz adlandırıldığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Kraliça II Elizabetin ölümündən sonra Uels şahzadəsi Çarlz taxta çıxıb. Onun tacqoyma mərasimi ən qısa zamanda baş tutacaq.
Qeyd edək ki, qaydalara əsasən, varis monarxın ölümündən dərhal sonra taxta çıxır. Vərəsəlik Şurasının iclasında 24 saat ərzində varisin qəbulu rəsmən elan ediləcək.
73 yaşlı Kral III Çarlz üç yaşında Britaniya taxtının varisi olub.
Xatırladaq ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.
Akif İsmayılov