Modern.az

İran parlamentinin komissiya sədrindən Bakıya yeni HƏDƏ: “Azərbaycan İrana birləşə bilər”

İran parlamentinin komissiya sədrindən Bakıya yeni  HƏDƏ:  “Azərbaycan İrana birləşə bilər”

4 Aprel 2013, 11:32

İran parlamentinin daha bir rəsmisi Azərbaycana qarşı ərazi iddiası irəli sürüb.  Modern.az bildirir ki, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi Bakıda keçirilmiş Güney Azərbaycanla bağlı beynəlxaq konfransa kəskin reaksiya verib və bildirib ki, belə addımlar “Bakının zərərinə olacaq və yalnız Azərbaycan İrana birləşə bilər”.

 “Əgər prosesin baş verməsi olarsa, İrandan ayrılan öz yerinə qayıtmalıdır. Azərbaycan da İrana öz ana diyarına qayıtmalıdır və mütləq onun əksi baş verməyəcək”-deyə növbəti dəfə İranin təxribatını dilə gətirib.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri İranın Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə hörmətlə yanaşdığını və bu ölkə ilə yaxşı münasibətlər bərqərar etməkdə maraqlı olduğunu bildirərək söyləyib: “Azərbaycana tövsiyə edirik ki, ərazilərin qırılmasına icazə verməsin. Çünki belə separatçılıq açıqlamalarından sonra baş verənlər onların xeyrinə olmayacaq”-deyə xəbərdarlıq edib.

Xatırladaq ki, martın 30-da Bakıda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkilatçılığı ilə seminar keçirilib və bir qrup millət vəkili, ziyalı həmin toplantıda iştirak edib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var