Modern.az

Türkiyəli məşhurlardan ölkəmizə DƏSTƏK

Türkiyəli məşhurlardan ölkəmizə DƏSTƏK

Dünya

14 Sentyabr 2022, 16:36

Türkiyəli məşhurlar erməni təxribatı nəticəsində 50 hərbçisi şəhid olan Azərbaycana dəstək nümayiş etdiriblər.

 

Modern.az xəbər verir ki, məşhur media rəhbəri Acun Ilıcalı və müğənni Hadisə Azərbaycanla bağlı paylaşımlar ediblər.

 

"Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm" - Ilıcalı tvitterdə yazıb.

 

Hadisə isə tvitində bunları qeyd edib:"Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Şəhidlərin yaxınlarına başsağlığı diləyirəm".

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmən təxribatı nəticəsində 50 hərbçimiz şəhid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi