Modern.az

Məsciddə insanlara bıçaqla hücum edildi

Məsciddə insanlara bıçaqla hücum edildi

Dünya

16 Sentyabr 2022, 13:46

İranın Fars əyalətində naməlum şəxs ibadət edən şəxslərə hücum edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.

 

Bildirilib ki, naməlum şəxs məsciddən çıxan insanları bıçaqlayıb. Nəticədə 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxs saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?