Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen Almaniyanın "Bild" qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə bağlı ona ünvanlanan sualı cavablandırıb.
Modern.az xəbər verir ki, jurnalist xanım Ursuladan soruşub: "Putin ölsə, sevinərsinizmi?"
O, isə cavabında belə deyib:
"Kimliyindən asılı olmayaraq, normal insan heç vaxt ölümə sevinməməlidir. Lakin Putin bu müharibəni dayandırmalı və uduzmalıdır. O, öz hərəkətlərinə görə cavabdehdir, onun cəzalandırılması hazırda mənim üçün ən vacib məsələdir".