Rusiya Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək üçün hər şeyi edəcək, lakin Kiyev danışıqlardan imtina edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə deyib.
Putin Modi ilə danışıqlar zamanı Rusiyanın müharibənin davam etməsində maraqlı olmadığını söyləyib. O Kiyevi danışıqlardan qaçmaqda ittiham edib.
Bundan əlavə, Putin Rusiya Federasiyası ilə Hindistan arasında vizasız turist səfərləri haqqında saziş üzrə danışıqların intensivləşdirilməsini təklif edib.