Modern.az

Qriqoryan: KTMT gözləntilərimizi doğrultmayıb

Qriqoryan: KTMT gözləntilərimizi doğrultmayıb

Dünya

16 Sentyabr 2022, 18:19

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmayıb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb.

 

Qriqoryan, həmçinin qeyd edib ki, KTMT-nin Qazaxıstana qoşun göndərməsi zamanı təşkilatın mexanizmlərinin işləyəcəyi ilə bağlı onda ümidlər yaranıb, lakin artıq bu ümidlər yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi