Modern.az

Ermənistan spikeri KTMT-dən narazılığını bildirdi

Ermənistan spikeri KTMT-dən narazılığını bildirdi

Dünya

16 Sentyabr 2022, 23:05

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılığını ifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

O, açıq şəkildə bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycana verdiyi cavabdan narazıdır.

 

Simonyan bildirib ki, erməni tərəfinin gözləntiləri özünü doğrultmur. “Biz nəticə çıxaracağıq”, - deyə o qeyd edib.

 

Bundan əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, İrəvanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb.

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi