Modern.az

771 milyon insan oxumağı və yazmağı bacarmır

771 milyon insan oxumağı və yazmağı bacarmır

Dünya

19 Sentyabr 2022, 00:52

Dünyada təxminən 771 milyon insan oxumağı və yazmağı bacarmır.

 

Modern.az xəbər  verir, bu barədə YUNESKO-nun Statistika İnstitutunun apardığı araşdırmada qeyd olunub.

 

Dünya üzrə savadsız yetkin insanların ümumi sayının üçdə ikisini qadınlar təşkil edir.

 

Eyni zamanda, son 50 ildə dünyada gənclər arasında savadlılıq səviyyəsində artım müşahidə edilir. 15 yaşdan yuxarı yaş qrupunda savadlılıq səviyyəsi 1990-cı ildə 74%-ə, 2000-ci ildə 81%-ə, 2010-cu ildə 84%-ə, 2020-ci ildə isə 87%-ə çatıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi