Modern.az

Kraliçanın dəfninə qatılmaq üçün küçədə gecələdilər - FOTO

Kraliçanın dəfninə qatılmaq üçün küçədə gecələdilər - FOTO

Dünya

19 Sentyabr 2022, 09:38

Böyük Britaniyada yerli sakinlər mərhum kraliça ikinci Elizabetin dəfn mərasimində iştirak etmək üçün gecə saatlarında küçələrə axışıblar. Yüzlərlə insan düşərgə quraraq, gecəni küçələrdə keçiriblər. Onların arasında xaricdən gələnlər də olub.

 

Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Sentyabrın 10-da onun böyük oğlu III Çarlz rəsmən Böyük Britaniyanın yeni kralı elan olunub. Mərhum kraliçanın dəfn mərasimi bu gün keçiriləcək. Mərasimdə müxtəlif ölkələrdən gələn rəsmilər iştirak edəcəklər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi