Modern.az

Pelosinin Ermənistana səfəri yekunlaşdı

Pelosinin Ermənistana səfəri yekunlaşdı

Dünya

19 Sentyabr 2022, 10:02

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri başa çatıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Pelosini hava limanına qədər Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müşayiət edib.

 

Nensi Pelosinin səfəri sentyabrın 17-də başlayıb. İrəvanda Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi