Modern.az

Kraliçanın dəfn mərasimi başa çatdı 

Kraliçanın dəfn mərasimi başa çatdı 

Dünya

19 Sentyabr 2022, 20:50

Böyük Britaniya mərhum kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, mərasim dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

 

Dini mərasim Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilib. O, Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

 

Kraliçanın qəbir daşında “II ELIZABETH 1926-2022” yazılacaq.

 

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi