Modern.az

Azərbaycan Türkiyədən yeni silahlar almaq istəyir 

Azərbaycan Türkiyədən yeni silahlar almaq istəyir 

Dünya

19 Sentyabr 2022, 21:59

Azərbaycan Türkiyədən müasir qumbaraatanlar almağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” nəşri yazıb.

 

Nəşr bildirir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin əmri ilə Konya şəhərində yerləşən şirkət 40 mm-lik qumbaraatanların istehsalına başlayıb.

 

Məlumatda qeyd olunub ki, uzaqmənzilli qumbaraatan 5000-dən çox atəş aça bilir, yüngül çəkiyə malikdir və daşınması da çox rahatdır.

 

Nəşr onu da bildirib ki, Azərbaycan 400 və 800 metr məsafələrə atəş açmaq qabiliyyətinə malik qumbaraatanlar almaq istəyir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi