Modern.az

Meksikada güclü ZƏLZƏLƏ - Əhali küçələrə axışdı 

Meksikada güclü ZƏLZƏLƏ - Əhali küçələrə axışdı 

Dünya

19 Sentyabr 2022, 22:39

Meksikanın qərb sahilində güclü zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Zəlzələnin 7,5 bal gücündə olduğu və Miçoakan ştatının La Placita de Morelos sahillərində, 10 km dərinlikdə qeydə alındığı bildirilir.

 

"Reuters" agentliyinin yaydığı məlumata görə, zəlzələdən sonra Mexikoda binalar silkələnib və paytaxt sakinləri küçələrə axışıb.

 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?