Modern.az

Polşa rusların ölkəyə girişini çətinləşdirdi

Polşa rusların ölkəyə girişini çətinləşdirdi

Dünya

19 Sentyabr 2022, 23:51

Polşanın daxili işlər naziri Mariuş Kaminski Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarının sərtləşdirilməsi haqqında əmr imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat yayıb.

 

Onun sözlərinə görə, qərar Estoniya, Latviya və Litva ilə birgə razılaşmalar nəticəsində qəbul edilib.

 

“Bu gün mən Rusiya vətəndaşlarının Polşaya girişinə tətbiq edilən məhdudiyyətləri sərtləşdirən fərman imzaladım. Yalnız geniş, sərt sanksiyalar Putin rejiminə həlledici zərbə vura bilər”, - deyə Kaminski yazıb.

 

Qeyd edək ki, sentyabrın 19-da Polşa və Baltikyanı dövlətlər Avropa İttifaqının istənilən ölkəsində verilmiş Şengen vizası ilə Rusiya və Belarus vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi