Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, Rusiya lideri Vladimir Putin artıq müharibədə uduzub.
Modern.az xəbər verir ki, Zelenski bu barədə Almaniyanın “Bild” nəşrinə müsahibəsində danışıb.
"Dünyada hələ də başa düşməyən dövlətlər var ki, Putin artıq bu müharibəni uduzub. Tarixən o, uduzub. Ukraynaya yox. İndi o, artıq dövlətinə uduzub, bütün dünyaya uduzub. O, demokratiyaya uduzub. Yəni, ümumiyyətlə, onun müharibəsi uduzub”, - Ukrayna Prezidenti qeyd edib.